İsrail ABŞ ilə 25 ədəd F-35 qırıcısının alınması üçün müqavilə imzalayıb.
7Times.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Razılıq İsrail Müdafiə Nazirliyi və ABŞ hökuməti arasında əldə edilib.
Müqavilə İsrail Hərbi Hava Qüvvələri tərəfindən idarə olunan dünyanın ən qabaqcıl gizli təyyarə parkının həcmini 75 ədədə çatdıracaq. Təyyarələrin İsrailə çatdırılması 2028-ci ildə başlayacaq, ildə 3-dən 5-ə qədər təyyarə tədarük ediləcək.
Razılıq təxminən 3 milyard dollar qiymətləndirilir və Amerikanın İsrailə yardım fondlarından maliyyələşir.
Follow @7timesaz