Vaqarşak Arutyunyan Ermənistanın müdafiə naziri təyin edilib.
7times.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan fərman imzalayıb.
Bildirilir ki, 64 yaşlı V. Arutyunyan 1999-2000-ci illərdə nazir vəzifəsində çalışıb. Sonra siyasi fəaliyyətə başlayıb. 2002-ci ildə o zamankı Prezident Robert Koçaryan tərəfindən işdən çıxarılıb və general-leytenant rütbəsini itirib. 2019-cu ildə Prezident Armen Sarkisyanın fərmanı ilə yenidən rütbəsi qaytarılıb. Bu təyinatına qədər Paşinyanın baş məsləhətçisi (2020-ci ilin avqustundan) kimi fəaliyyət göstərib.
Andranik Piloyan FHN rəhbəri, Mesrop Arakleyan isə əmək naziri təyin olunub.
Qeyd edək ki, Ermənistanın fövqəladə hallar naziri Feliks Tsolakyan 17 noyabrda, müdafiə naziri David Tonoyan və əmək naziri Zarui Batoyan isə 20 noyabrda istefa veriblər.qafqazinfo
Follow @7timesaz