Göyərtəsində Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) iki astronavtı olan “Boeing CST-100” Starliner Beynəlxalq Kosmik Stansiyaya (BKS) yanaşıb.
7Times.az xəbər verir ki, yayım NASA-nın saytında aparılıb.
Yanaşma ABŞ-nin Şərq sahili vaxtı ilə saat 13:34-də (Bakı vaxtı ilə 21:34) baş tutub. Məlumata görə, bir müddət sonra gəminin ekipajı – Butç Uilmor və Sunita Uilyams orbital stansiyaya keçməlidirlər.
Onların BKS-də 8 gün qalması gözlənilir. “Starliner” daha sonra Nyu-Meksikodakı Uayt-Sənds poliqonuna yumşaq eniş etməlidir.
Uçuşun əsas missiyası kosmik gəminin ekipajları kosmik stansiyaya daşımaq və onları Yerə qaytarmaq bacarığını yoxlamaqdır.
Follow @7timesaz