Türkiyədə ailə faciəsi yaşanıb.
7Times.az bildirir ki, Türkiyənin Sakarya vilayətində yaşayan 31 yaşlı şəxs ağacdan gilas yığarkən müvazinətini itirərək yıxılıb. O, xəstəxanaya çatdırılıb.
Bu xəbəri eşidən həyat yoldaşının halı pisləşib. Qadın da halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Lakin, qadının həyatını xilas etmək mümkün olmayıb.
Şirin D. adlı qadın ötən gün torpağa tapşırılıb. Kişinin vəziyyəti isə normaldır.
- Milli.Az