Qəbələ rayonunun Laza kəndi ərazisində içərisində iki nəfər olan avtomobil çayda batıb.
Bu barədə “7Times.az ”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobilinin çaya düşərək batıb qalması barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib. Xilasedicilər tərəfindən operativ olaraq həyata keçirilən qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış “VAZ-2106” markalı minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib”, – məlumatda qeyd olunub.