Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq, onları general Kristofer Kavolinin rəhbərliyi altında alyansın komanda strukturları əlaqələndirəcək.
7Times.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
“Gördük ki, ABŞ 6 ay ərzində Ukraynaya əlavə yardımı razılaşdırıb, həmçinin NATO-nun bütün ölkələrinin silah tədarük etmədiyini görürük. Əgər bunu könüllü tədarüklərdən NATO qarşısında öhdəliklərə çevirsək, əlbəttə tədarüklər daha böyük və etibarlı olacaq. Fərq ondadır ki, o zaman NATO-nun komanda strukturundan və ümumi maliyyəsindən istifadə edəcəyik. Müharibə nə qədər uzun olarsa, proqnozlaşdırıla bilmək, hesabat vermək və xərclərin ədalətli bölüşdürülməsi bizim üçün o qədər vacibdir”, – o deyib.
Follow @7timesaz