Beynəlxalq Olimpiya Komitəsi (BOK) növbəti Olimpiya Oyunları zamanı dopinq testlərinin keçirilməsi üçün 10 milyon dollar ayıracaq.
7Times.az TASS-a istinadən xəbər verir ki, bunu BOK-un rəsmi nümayəndəsi Mark Adams deyib.
“BOK növbəti olimpiadalar zamanı, yəni 2025-ci ildən 2028-ci ilə qədər Beynəlxalq Test Agentliyinin inkişafına əlavə dəstək vermək üçün 10 milyon dolları məbləğində yeni maliyyə vəsaiti ayırıb”, – Adams deyib.
Qeyd edək ki, bu lin Olimpiya Oyunları Parisdə iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Follow @7timesaz