Dünya

NATO-nun hərbi xərcləri 2024-cü ildə 18 % artacaq

NATO-nun hərbi xərcləri 2024-cü ildə 18 % artacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO üzvü olan 32 ölkədən 23-ü 2024-cü ildə hərbi xərclərini ÜDM-in 2 %-nə qədər artırıb, alyansın ümumi hərbi xərcləri keçən illə müqayisədə 18 % artacaq.

7Times.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Baydenlə görüşündə deyib.

“Bu gün hərbi xərclərlə bağlı yeni rəqəmlər dərc edə bildik. Avropa və Kanadadan olan NATO ölkələri hərbi xərclərini 18 % artırıb və bu gün 23 ölkə ÜDM-in 2 %-nə çatıb”, – Stoltenberq bildirib.

O vurğulayıb ki, bu, NATO-nun hərbi xərclərinin son onilliklərdəki ən böyük artımıdır və ABŞ üçün yaxşıdır, çünki pulun üçdə ikisi Birləşmiş Ştatlardakı hərbi sifarişlərə gedir.