ABŞ-ın dövlət borcu 2034-cü ildə 50 trilyon dolları keçəcək ki, bu da ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edir.
7Times.az xəbər verir ki, bu proqnozu ABŞ Konqresinin Büdcə Ofisi təqdim edib.
Sənəddə qeyd edilib ki, fevral ayında ekspertlər 2034-cü ilə qədər ABŞ-ın dövlət borcunun 48,3 trilyon dollar (ölkə ÜDM-nin 116%-i) təşkil edəcəyini proqnozlaşdırmışdılar.
roqnozlara görə, 2029-2034-cü illərdə ABŞ-da ÜDM-nin orta illik artımı 1,8% təşkil edəcək.
Follow @7timesaz