Hadisə

Şəkidə məktəbin korpusunda yanğın baş verib

Şəkidə məktəbin korpusunda yanğın baş veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki rayonunda məktəbin istifadə olunmayan korpusunda yanğın baş verib.

7Times.az xəbər verir ki, güclü yanğın Turan qəsəbə tam orta məktəbinin istifadəyə yararsız, bir müddətdir tədris keçirilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Hazırda ikimərtəbəli məktəb korpusunda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Azı üç yanğınsöndürən texnikanın cəlb olunduğu bildirilib.