Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 3-4 iyulda keçiriləcək Astana sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.
APA-nın “Habertürk”ə istinadən məlumatına görə, artıq müzakirələrin gündəliyi də məlumdur.
Belə ki, tərəflər Rusiya-Ukrayna müharibəsi, Qara dəniz vasitəsilə taxılın daşınması, “Akkuyu” Atom-Elektrik Stansiyasında işlərin gedişi, qaz ticarəti üzrə mərkəzin yaradılması, Suriyanın kürdlərin kompakt yaşadığı şimal regionunda seçkinin keçirilməsi ətrafında fikir mübadiləsi aparacaq.
Follow @7timesaz