Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun görüşləri başa çatacaq.
7Times.az xəbər verir ki, günün ilk qarşılaşması Hamburq şəhərində, Gürcüstan və Çexiya milliləri arasında baş tutacaq.
Gürcüstanlılar F qrupunun ilk matçında Türkiyəyə (1:3), çexiyalılar isə Portuqaliyaya (1:2) məğlub olublar.
Bu qrupun digər oyununda, Dortmund şəhərində qardaş ölkə Türkiyə Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Hesabında 3 xal olan kollektivlərdən biri qalib gələcəyi təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək.
Günün son qarşılaşması isə Köln şəhərində gerçəkləşəcək. Belçika və Rumıniya komandalarının oyunundan sonra E qrupu da daxil olmaqla, II turun görüşləri başa çatacaq.
Qeyd edək ki, Belçika ilk görüşdə Slovakiya yığmasına (0:1) məğlub olub. Rumıniya isə Ukraynanı üstələyib – 3:0.
AVRO-2024
22 iyun
II tur
F qrupu
17:00. Gürcüstan – Çexiya
Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq, “Folksparkştadion”.
20:00. Türkiyə – Portuqaliya
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, “Siqnal İduna Park”.
E qrupu
23:00. Belçika – Rumıniya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln, “Reyn Enerqi” stadionu.
Follow @7timesaz