Yaponiyanın Honsü adası sahillərində 5 maqnitudada zəlzələ qeydə alınıb.
“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii hadisənin episentri təxminən 357 min nəfər əhalisi olan İvaki şəhərindən (Fukusima prefekturası) 21 km şimal-şərqdə, zəlzələ ocağı 31 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Follow @7timesaz