Avropa İtifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsinə dair Macarıstanın vetosunu aşmağa çalışır.
7Times.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, sanksiyalar çərçivəsində dondurulan Rusiya aktivləri və ehtiyatlarından əldə edilən gəlirlərin Ukraynaya hərbi dəstək üçün istifadə olunmasıyla bağlı çalışdıqlarını bildirib.
Borrell bildirib ki, Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Nazirləri Toplantısından əvvəl nazirlər Rusiyanın dondurulmuş aktiv və ehtiyatlarından əldə edilən gəlirlərin Ukraynaya hərbi dəstək üçün necə istifadə oluna biləcəyini müzakirə edəcəklər.
“Bunun mümkün olması üçün “hər cür maneənin qarşısını almaq lazımdır. Biz bu puldan istifadə etmək qərarına gəldik. Artıq verilmiş bu qərara yenidən baxmayacağıq, bu qərarı icra etməliyik. Pul gələn həftə gələcək və mən bu pulu cibimdə daşıya bilmərəm. Bu pulu hərbi məqsədlər üçün istifadə etmək lazımdır. Yəni, Ukraynaya dəstək üçün”,- deyə o qeyd edib.
J. Borrell qərarda iştirak etməyən üzv dövlətlərin olmasına baxmayaraq addım atmağın mümkün olduğunu vurğulayıb.
Qeyd edək ki, müharibə səbəbindən Aİ ölkələrində Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avroya yaxın vəsaiti dondurulub.
Follow @7timesaz