Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
7times.az-ın məlumatına görə, hadisə axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Baş Daşağıl kənd sakini, 1959-cu il təvəllüdlü Şamil Məcnun oğlu Əsədov “ZAZ 110307 Slavuta” markalı 48 BB 814 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarına aşırıb.
Qəza zamanı Ş.Əsədov və avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı, 1961-ci il təvəllüdlü Məlahət Abdurəhman qızı Əsədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Onlara ilkin yadım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
APA
Follow @7timesaz