Region

Fələstin lideri avqustda Rusiyaya səfər edə bilər

Fələstin lideri avqustda Rusiyaya səfər edə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin lideri Mahmud Abbasın Rusiyaya səfəri hazırlanır, tarixlər daha sonra açıqlanacaq.

7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən də, bu səfər hazırlanır. Biz bunu gözləyirik və vaxtı gələndə səfərin tarixlərini açıqlayacağıq”, – deyə o, Mahmud Abbasın yayın sonuna qədər Rusiyaya səfər edə biləcəyinə dair suala cavab verərkən söyləyib.

Qeyd olunur ki, Mahmud Abbas səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. İki ölkə liderinin sonuncu şəxsi görüşü 2018-ci ilin fevralında baş tutub.

Xatırladaq ki, iyunun 25-də HƏMAS-ın siyasi bürosunun sədr müavini Musa Əbu Mərzuk Moskvaya səfər edib.