Bakı-Qazax magistral yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
7Times.az xəbər verir ki, hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin vurduğu 55 yaşlı M.Məmmədova xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz