Dünya

Moldova üçün qaz 366 avroya qədər bahalaşacaq

Moldova üçün qaz 366 avroya qədər bahalaşacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın Avropa İttifaqı (Aİ) bazarında aldığı qazın qiyməti iyulda 1 min kubmetr üçün 349 avrodan 366 avroya qədər artacaq.

7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Moldovaqaz” paylama şirkətinin rəhbəri Vadim Çeban bildirib.

“Moldovaqaz SC və “Energocom” SC arasında təbii qazın alınmasına dair müqavilə şərtlərinə uyğun olaraq, 2024-cü ilin iyul ayında alış qiyməti 1 MVt/saat üçün 34,43 avro təşkil edəcək ki, bu da 1 min kubmetr üçün 366,34 avroya (ƏDV-siz) ekvivalentdir”, – Çeban öz teleqram kanalında yazıb.