Siyasət

Si Cinpin: Çin və Türkiyənin Ukrayna ilə bağlı mövqeyi oxşardır

Si Cinpin: Çin və Türkiyənin Ukrayna ilə bağlı mövqeyi oxşardırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Türkiyənin Ukraynadakı vəziyyətlə bağlı mövqeyi oxşardır.

7Times.az xəbər verir ki, bunu Astanada Çin Xalq Respublikasının sədri Si Cinpin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

“Çin və Türkiyənin Fələstin-İsrail münaqişəsi, Ukrayna böhranı və digər məsələlərdə oxşar baxışları var”, – Çin lideri bildirib.

Si Cinpin vurğulayıb ki, Çin və Türkiyə qarşılıqlı maraqlara əsaslanaraq bir-birini dəstəkləməli, siyasi etimadı daim gücləndirməli, yüksək səviyyəli qarşılıqlı fəaliyyəti təşviq etməli və ikitərəfli strateji əməkdaşlığı daha fəal şəkildə inkişaf etdirməyə çalışmalıdır.

ÇXR lideri əlavə edib ki, Pekin ticarət dövriyyəsini artırmağa və Türkiyə iqtisadiyyatına investisiyaları stimullaşdırmağa çalışır, həmçinin Ankara ilə BMT-də və digər çoxtərəfli formatlarda koordinasiyanı gücləndirməyə hazırdır.