Dünya

“NATO Çini “təhlükəli ölkələr siyahısına” əlavə edə bilər” – KİV

“NATO Çini “təhlükəli ölkələr siyahısına” əlavə edə bilər” – KİVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinin gündəliyinə təkcə Ukraynadakı müharibə, Rusiyadan gələcək təhlükə və Avropada artan hərbi xərclər deyil, həm də bu yaxınlarda Çinin “təhlükəli ölkələr siyahısı”na salınması daxildir.

7Times.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşrində dərc olunan məqalədə deyilir.

Nəşr yazır ki, blok ölkələrinin diplomatlarının fikrincə, yekun kommünikedə NATO Çini Ukraynada hərbi əməliyyatların aparılmasında Rusiyaya dəstək verdiyinə görə qınayacaq.

Məqalədə qeyd edilir ki, alyans rəhbərliyinin diqqətinin Çinə yönəlməsi əvvəlcə yekdilliklə qəbul olunmayıb, Cənubi Avropa ölkələri bunun əvəzinə Yaxın Şərqdən gələn təhdidlərə və qeyri-qanuni miqrasiyaya diqqət yetirməyə çağırıblar.

Nəşrin məlumatına görə, Çinin ikili məqsəd daşıyan tədqiqat gəmilərinin ölkə haqqında məlumat topladığını görən Kanada, NATO üzvləri arasında Çinə münasibəti ən çox dəyişən ölkədir.

NATO-nun baş katibi Yens Stoltenberq iyunun sonunda bildirib ki, Çin Rusiyanı dəstəkləməklə yanaşı, eyni zamanda Qərblə iqtisadi əlaqələri saxlamaq istəyir, lakin Pekin “hər iki kürsüdə” otura bilməyəcək.

“Report”