Dünya

Macarıstanı Aİ sədrliyindən uzaqlaşdırmağa çalışırlar – Ərdoğan

Macarıstanı Aİ sədrliyindən uzaqlaşdırmağa çalışırlar – Ərdoğanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb Macarıstan hökumətinin başçısı Viktor Orbana onun Ukraynada nizamlanma planı ilə bağlı təzyiq göstərir və ona görə də onlar ölkəni Avropa İttifaqına (Aİ) sədrlikdən uzaqlaşdırmağa çalışırlar.

 

7Times.az  TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

“Keçən həftə Macarıstanın Baş naziri Viktor Orban qonağımız idi. Görüşdən sonra o, Donald Trampla nahar edəcəyini söylədi. O vaxt NATO sammiti keçirilirdi. Ertəsi gün Orban, o cümlədən Moskvaya səfərinə görə çox tənqid olunmağa başladı. Cənab Orban Çinə səfər etdi və eyni şəkildə tənqid edildi. O, Şuşada keçirilən toplantıda da iştirak etdi və yenə tənqid atəşinə tutuldu”, – Türkiyə lideri bildirib.

 

“İndi onlar Macarıstanı Aİ-yə sədrlikdən necə uzaqlaşdırmağın yollarını düşünməyə çalışırlar. İndi biz səbrli olmalıyıq. Ümid edirəm ki, bu cür səbrlə yeri gələndə birlikdə lazım olan hər şeyi edəcəyik”, – Ərdoğan vurğulayıb.