Litvanın hərbi infrastruktur layihələri 2024-cü ildə əlavə olaraq 7 milyon avro məbləğində maliyyələşdiriləcək.
7Times.az xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Hökumətin çərşənbə günü keçiriləcək iclası üçün Müdafiə Nazirliyinə əlavə vəsait ayrılması haqqında qərar layihəsi qeydə alınıb və bu vəsaitdən Litvaya gələn NATO müttəfiqləri üçün hərbi mobillik layihələrinin və infrastrukturun həyata keçirilməsi üçün istifadə olunacaq”, – məlumatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, bu vəsaitlər Müdafiə Nazirliyinin və Müdafiə Ehtiyatları Agentliyinin kommersiya banklarındakı əmanətləri üzrə faizlərdir.
Follow @7timesaz