“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, “X” sosial şəbəkəsinin sahibi İlon Mask cinsiyyətini dəyişən övladı Vivian Cenna Uilsonu (keçmiş adı Ksavyer Mask) “ölü” adlandırıb.
7Times.az xəbər verir ki, milyarder hadisədə həkimləri və “ağıl ideologiyasını” günahlandırıb:
“Mən oğlumu itirdim. Oğlum Ksavyer “öldü”, “ağıl virusu” tərəfindən öldürüldü.
Məni Ksavyerin sənədlərini imzalamaq üçün aldatdılar. Onu müalicəsi üçün razılıq verməli idim. Dərmanların yeniyetmələr üçün cinsi dəyişdirən preparatlar olduğunu izah etmədilər. Nə baş verdiyini anlamırdım və COVID-19-un davam etdiyi vaxtlar olduğundan çox qarışıqlıq idi və sənədləri imzalamasam mənə onun intihar edə biləcəyini söylədilər”.
Qeyd edək ki, Ksavyer Maskın soyadından imtina edib və 2020-ci ildə cinsiyyətini dəyişib. Maskın ümumilikdə 12 övladı var.
Axşam.az
Follow @7timesaz