Dünya

Litva kütləvi təxliyə planı hazırlayır

Litva kütləvi təxliyə planı hazırlayırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva hökuməti müharibə olacağı təqdirdə əhalinin kütləvi təxliyəsi planını hazırlayır. 

7times.az  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Nəqliyyat Nazirliyi sakinlərin təxliyəsi planı üzərində işləyir”, – məlumatda bildirilib.

Planı hazırlamaq üçün bələdiyyələr təxliyə ediləcək insanların sayı, marşrutlar, insanların daşınması üçün nəqliyyat vasitələrinin mövcudluğu barədə məlumat verməli, həmçinin tələb olunan maliyyə xərclərini hesablamalıdır.

“Report”