Dünya

İsrailin müdafiə naziri: “Hizbullah” Holana hücuma görə ağır bədəl ödəyəcək

İsrailin müdafiə naziri: “Hizbullah” Holana hücuma görə ağır bədəl ödəyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə 12 uşağın öldürüldüyü hücuma görə “Hizbullah”ı məsuliyyət daşımağa məcbur edəcək.

7Times.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant Pentaqon rəhbəri Lloyd Ostinlə telefon danışığında bildirib.

“Nazir Qalant qeyd edib ki, 27 iyul, şənbə günü həyata keçirilən zərbə ciddi eskalasiyadır və İranın “peyk”i “Hizbullah” buna görə məsuliyyət daşıyacaq. Qalant İsrailin müdafiə strukturlarının ölkənin şimal sərhədlərində təhlükəsizliyi bərpa etmək əzmindən və “Hizbullah”ın ağır bədəl ödəyəcəyindən danışıb” , – İsrailin hərbi idarəsinin mətbuat xidməti bildirib.