“Evimizdə qonağın qanını tökməyin cəzasının nə olduğunu sionistlərə bildirməyə hazır olun”.
7Times.az xəbər verir ki, bunu İran İnqilab Keşikçilərinin (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə HƏMAS lideri İsmayıl Həniyənin Tehranda qətlə yetirilməsinə münasibət bildirərkən deyib.
SEPAH generalı çıxışında HƏMAS liderinin qısasının alınacağını və bu dəfə İsrailə daha çox raketlərlə hücum ediləcəyini açıqlayıb.
“Mən və silahdaşlarım səbirsizliklə ikinci əməliyyatın vaxtının başlamasını gözləyirik. Bu əməliyyat zamanı İsrailə nə qədər raket atılacağını deyə bilmərəm”, – deyə Əmir Əli Hacızadə vurğulayıb.
“AzPolitika.info”
Follow @7timesaz