Dünya

Avropada pivə istehsalı azaldı

Avropada pivə istehsalı azaldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin yekunlarına əsasən, Avropa İttifaqı ölkələrində pivə istehsalının həcmi 5% azalaraq 34,3 milyard litr təşkil edib.

7Times.az  xəbər verir ki, bu barədə “Eurostat”da məlumat dərc edilib.

Regionda spirtli pivə istehsalı 12 ay ərzində illik müqayisədə 5% azalaraq 32,5 milyard litrə düşüb. Eyni zamanda, alkoqolsuz pivə istehsalı 13,5% artaraq 1,8 milyard litrə çatıb.

Almaniya 2023-cü ildə pivə istehsalında liderliyini qoruyub saxlayıb. Ötən ilin sonunda ölkədə 7,2 milyard litr pivə istehsal edilib ki, bu da Aİ-də ümumi pivə istehsalının 22,3%-ni təşkil edir.

İspaniya və Polşa müvafiq olaraq 4 milyard litr və 3,5 milyard litr istehsal həcmi ilə onu izləyirlər.

Aİ-nin ilk 5 ən böyük pivə istehsalçısına həmçinin Hollandiya (2,4 milyon litr) və Belçika (2 milyard litr) daxildir.