İranda davam edən qum fırtınasıyla bağlı 1362 nəfər xəstəxanaya yerləşdirilib.
7Times.az xəbər verir ki, bu haqda “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, təbiət hadisəsi Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nusret Abad, Haş, Saravan, İranşehr və Mehristan şəhərlərini əhatə edib.
Son 5 gündə 1362 nəfər xəstəxanaya yerləşdirilib.
Sfera.az
Follow @7timesaz