7times.az xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” nəşri məlumat yayıb.
Kurillanın Yaxın Şərqə səfərinin əvvəllər planlaşdırıldığı, lakin onun aprelin 13-də İranın İsrailə qarşı cavab hücumlarına qarşı fəal rol almış beynəlxalq və regional koalisiyanı keçirdiyi görüşlərdə səfərbər etməyi planlaşdırdığı bildirilib.
Kurillanın bəzi Körfəz ölkələri, İordaniya və İsrailə səfəri gözlənilir. Bundan əlavə, “Axios” ilə danışan Amerika və İsrail rəsmiləri bildiriblər ki, onlar İranın ən tez sabah İsrailə hücum edəcəyini gözləyirlər. Hücumun 3 cəbhədən həyata keçirilə biləcəyi bildirilir.
Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Əli Baqiri dünən deyib ki, İsrail Tehranda Haniyəni hədəf alaraq İrana qarşı “böyük qırmızı xətti” keçib və ölkəsi Tel-Əvivə “qətiyyətlə cavab verəcək”.
Xatırladaq ki, İsrail ordusunun iyulun 30-da Beyrutda həyata keçirdiyi hücumda Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükür həyatını itirib. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.
İran və HƏMAS Hərəkatı 31 iyul sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkiniblər.