İsrailin Hərbi Hava Qüvvələri ötən gün ərzində bütün Qəzza zolağında 50-yə yaxın müxtəlif hədəfə hücum edib.
7Times.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumların hədəfi Fələstin radikalların dəstələri, müşahidə postları və müxtəlif hərbi infrastruktur obyektləri olub. Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinə anklavın cənubundakı Rafah şəhəri və Qəzza zolağının mərkəzi hissəsindəki quru bölmələrini dəstək verib. Nəticədə silahlı radikalların dəstələri, bir neçə infrastruktur obyekti, o cümlədən HƏMAS hərəkatının döyüş qanadı olan silah anbarı zərərsizləşdirilib.
Follow @7timesaz