Dünya

“Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətindəyik” – Almaniyanın müdafiə naziri

“Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətindəyik” – Almaniyanın müdafiə naziribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu söyləyib.

Bu barədə “Report” DPA agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, qaydalar və məqsədlər 2024-cü ilin sonu, bəlkə də oktyabr ayına qədər hərbi-siyasi sazişdə göstərilməlidir.

“Biz silahlanma sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik. Buraya, məsələn, hava hücumundan müdafiə, sahil müdafiəsi və bəlkə də nəqliyyat təyyarələrinin alınması sahəsində qarşılıqlı əlaqə daxil ola bilər”, – Pistorius Manilada filipinli həmkarı Gilberto Teodoro ilə danışıqlardan sonra deyib.

Nazir qeyd edib ki, bundan əvvəl hərbi hazırlıq sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.