Hərbi

Rusiya anbarlarındakı texnikaların sayı açıqlandı – Yarıba-yarı azalma var

Rusiya anbarlarındakı texnikaların sayı açıqlandı – Yarıba-yarı azalma varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi fonunda 1950-ci illərdən bəri Rusiyada toplanmış zirehli texnikaların təxminən yarısı artıq yoxdur.

7times.az  xəbər veri rki, bu barədə mövcud peyk şəkillərindən istifadə edərək bu ehtiyatları hesablayan “OSINT” analitiki Kovert Kabal bildirib.

Qeyd olunb ki, 2021-ci ilə dair məlumata görə, Rusiyanın açıq ərazilərdəki anbarlarında 22 173 ədəd müxtəlif zirehli texnika olub. Bura müxtəlif nəsil tanklar (T-55, T-90 və s.), piyadaların döyüş maşınları və zirehli personal daşıyıcıları aiddir. Hesablamalara görə, 2024-cü ilə qədər bu ehtiyatlar kəskin şəkildə – 44% azalaraq 12504-ə düşüb. Üstəlik, anbarlarda qalan bu 12000 hərbi texnikadan 6800-ə yaxını istifadəyə yararsız vəziyyətdədir. Hesablamalara görə, Rusiyada anbarlarda T-90 tankı qalmayıb, T-64 və T-55 tankları isə istifadəyə yararsızdır. T-62, T-72 və T-80 tanklarının da yaxşı vəziyyətdə olmadığı deyilir.

Bildirili ki, piyada döyüş maşınları ilə bağlı vəziyyət bir qədər yaxşı görünür. Həmin anbarlarda 1200-ə yaxın piyada döyüş maşını, eləcə də müxtəlif nəsillərə aid 1900-ə yaxın zirehli transportyorun olduğu vurğulanır.

Həmçinin qeyd olunur ki, Rusiya ordusunun başqa variantları qalmadığından indi bu cür köhə texnikalardan da yaralanmağa çalışır.

“AzPolitika.info”