Avropalılar Gürcüstandan Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi və Ukraynaya muzdluların göndərilməsini təşkil etməyi tələb ediblər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
“Bəzi tərəfdaş ölkələrdən gördüklərimiz çox üzücüdür. Fədakar dəstək hesab etdiyimiz şey öz siyasətimizi aparmaq üçün alət oldu. Müxtəlif layihələrin maliyyələşdirilməsinə dostluq üçün uzadılan əl kimi baxılıb, amma bu, gürcü xalqına qarşı şantaj və təzyiq alətinə çevriləndə düzgün yanaşma hesab edilmir”, – deyə parlament sədri deyib.