Rusiya ordusu yenidən İran dronları ilə Ukraynaya hücuma edib.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Məlumata görə, ötən gecə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan 30 ədəd “Şahid” dronunu vurub.
Qeyd olunub ki, Rusiya ordusu bu dronlarla Ukraynanın Kiyev, Xmelnitski, Vinnitsa, Nikolayev, Xerson, Xarkov və Çerkassı əyalətlərini hədəfə alıb.
Follow @7timesaz