Region

BMT Məhkəməsi Türkiyənin İsrailə qarşı prosesə qoşulmasını təsdiqləyib

BMT Məhkəməsi Türkiyənin İsrailə qarşı prosesə qoşulmasını təsdiqləyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Ədalət Məhkəməsi Türkiyənin Qəzza zolağındakı əməliyyatla bağlı Cənubi Afrikanın İsrailə qarşı başlatdığı prosesə qoşulduğunu təsdiqləyib.

7Times.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

“Türkiyə Məhkəmə Nizamnaməsinin 63-cü maddəsinə istinad edərək, Cənubi Afrika Respublikasının İsrailə qarşı başlatdığı Qəzza zolağında cinayətin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı işə qoşulmaq üçün katibliyə ərizə təqdim edib”, – sənəddə deyilir.

Beynəlxalq Ədalət Məhkəməsi Nizamnaməsinin 63-cü maddəsində nəzərdə tutulub ki, istənilən maraqlı dövlət işə qoşula bilər və bu halda məhkəmənin çıxardığı qərar həmin dövlət üçün də məcburi olacaqdır.