Dünya

KİV: İsrail HƏMAS-ın tam məğlubiyyəti olmadan girovların azad edilməsinə razı deyil

KİV: İsrail HƏMAS-ın tam məğlubiyyəti olmadan girovların azad edilməsinə razı deyilbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Baş naziri Binyamin Netanyahu bütün girovların azad edilməsini nəzərdə tutan, lakin HƏMAS-ın Qəzza zolağı üzərində nəzarətinə son qoymayan sövdələşməyə razı olmayacaq.

7Times.az xəbər verir ki, bu barədə İsrail lideri “Time” jurnalına müsahibəsində bildirib.

“Xeyr, düşünmürəm. <…> Biz hər iki məqsədə çatmalıyıq: bütün girovların azad edilməsinə nail olmaq və müharibəni qazanmaq. Və mən inanıram ki, bu mümkündür”, – o söyləyib.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 7 oktyabr 2023-cü ildə Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra kəskin şəkildə gərginləşib. Bu zaman sərhədyanı yaşayış məntəqələrinin sakinləri qətlə yetirilib və 240-dan çox girov götürülüb.

Cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək, həmçinin bütün qaçırılmış insanları azad etmək məqsədilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüş əməliyyatları bu günədək davam edir.