Fransa polisi Misirli olimpiya güləşçisi Mohamed Elsayedi saxlayıb. O, cinsi qısnamada şübhəli bilinir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, idmançı Paris küçələrində sərxoş vəziyyətdə saxlanılıb. Polisə ərizə yazan zərərçəkənin sözlərinə görə, güləşçi barlardan birinin yaxınlığında əllərini onun göbəyinə qoyub. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Elsayed 67 kiloqrama qədər çəki dərəcəsində 2020-ci il Tokio Oyunlarının bürünc mükafatçısıdır. Hazırki yarışda o, 1/8 final mərhələsində azərbaycanlı Həsrət Cəfərova məğlub olaraq, mübarizəni dayandırıb.
Follow @7timesaz