Almaniya hökuməti cari ilin birinci yarısında 5,6 milyard avro dəyərində silah ixracına icazə verib.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya İqtisadiyyat Nazirliyindən Bundestaqın deputatı Sevim Dağdelenin müvafiq sorğusuna cavabında bildirilib.
“Şərqi Almaniyada əyalət seçkilərinə (sentyabrda Brandenburq, Saksoniya və Türingiyada keçiriləcək) az qalmış federal hökumət rekord məbləğdə silah ixracına icazə verməklə, yenidən öz ölümcül siyasi prioritetlərini nümayiş etdirir”, – agentlik Dağdelendən sitat gətirib.
Onun fikrincə, hakimiyyət təhsilə, infrastruktura və səhiyyəyə investisiya qoymaq əvəzinə, Kiyevə “silah hədiyyələri” edir.
Ümumi ixrac, o cümlədən, hərbi təyinatlı məhsulların ixracı üçün icazələrin verilməsinə cavabdeh olan İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu çərçivədə söhbət hələ ki ilkin məlumatlardan gedir.
Follow @7timesaz