Dünya

Ukrayna Rusiya sərhədinə yeni qüvvə toplayır  Daha bir zərbə gözlənilir

Ukrayna Rusiya sərhədinə yeni qüvvə toplayır – Daha bir zərbə gözlənilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Rusiya ilə sərhəd Sumı vilayətində yeni qüvvələr və ehtiyatlar toplayır.

7Times.az  xəbər verir ki, bunu Rusiya xüsusi xidmət orqanlarına yaxın “teleqram” kanalları yazır. Onlar yeni birləşmələrin Krasnopolsk rayonunda göründüyünü qeyd edirlər.

Məlumatda deyilir ki, Ukrayna hərbçiləri Malaya Rıbitsa və Miropolye kəndləri ərazisində böyük miqdarda ağır texnika toplayaraq növbəti “yumruq” yaradır. Gözlənilir ki, qoşunlar Kursk vilayətinin Sudjansk və Korenevsk rayonlarından Rusiya ərazisinə daxil olacaq, lakin onların sonradan hansı istiqamətə yönələcəkləri məlum deyil.

Kursk vilayətində hazırda sərhədyanı ərazilərdə davamlı ağır döyüşlərin getdiyi bildirilir. Ukrayna Silahlı Qüvvələri Lqov və Rılsk şəhərlərinə çatmağa, Rusiya Silahlı Qüvvələri isə E98 magistralını saxlamağa çalışır. Bu yol əhəmiyyətli nəqliyyat xəttidir və Rusiyanın Xarkovdakı qruplaşmasının təminatında vacib rol oynayır.

“AzPolitika.info”