Dünya

İranda son 22 gündə 90-a yaxın məhbus edam edilib

İranda son 22 gündə 90-a yaxın məhbus edam edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İnsan Haqları Mərkəzi xəbər verib ki, dünən Kerman və Rəfsəncan şəhərlərinin zindanlarında üç məhbus dar ağacından asılıb.

Kerman həbsxanasında edam edilən iki məhbusdan biri etnik bəluç olub və onlar “narkotik qaçaqmalçılığı”nda ittiham ediliblər. Rəfsəncan zindanında “qəsdən adam öldürmək”də günahlandırılaraq asılan bir məhbus isə Əfqanıstan vətəndaşı olub.

İnsan Haqları Mərkəzinin məlumatına görə, iyulun 22-dən avqustun 13-dək ölkə həbsxanalarında ən azı 86 məhbusun ölüm hökmü icra edilib. Bildirilib ki, bu, orta hesabla hər gün üçdən çox məhbusun edam olunması deməkdir.

Qeyd edilib ki, İranda prezident seçkiləri zamanı sakitlik yaratmaq üçün edamların sayı azaldılsa da, yeni göstəricilər bu tendensiyanı tərsinə çevirib.