Dünya

Aviaşirkətlər Yaxın Şərqə uçuşları dayandırdı

Aviaşirkətlər Yaxın Şərqə uçuşları dayandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və İsrail arasında gözlənilən müharibə səbəbindən dünyanın bir çox aviaşirkətləri Yaxın Şərqə uçuşlarını ya tamamilə ləğv ediblər, ya da uçuş qrafikini dəyişiblər.

7Times.az  xəbər verir ki, Türkiyənin bir nömrəli hava yolları şirkəti olan “Türk Hava Yolları” (THY) və Almaniyanın “Lufthansa” aviaşirkətinin birgə müəssisəsi olan “SunExpress” Beyruta olan bütün reyslərini ləğv edib.

Yunan aviaşirkəti “Aegean Airlines” avqustun 19-dək Beyrut, Əmman və Tel-Əvivə bütün reyslərini ləğv edib.

Əlcəzairin “Air Algerie” aviaşirkəti Livana və Livandan gələn uçuşları növbəti bildirişə qədər müvəqqəti dayandırıb.

Hindistanda yerləşən “Air India” aviaşirkəti Tel-Əvivə və oradan uçuşlarını növbəti xəbərdarlığa qədər dayandırdığını açıqlayıb.

Fransanın “Air France” aviaşirkəti paytaxt Paris ilə Livanın paytaxtı Beyrut arasında uçuşların dayandırılmasını uzadıb.

“Air France”ın Hollandiya filialı olan KLM oktyabrın 26-dək Təl-Əvivə bütün gediş-dönüş reyslərini ləğv edib.

KLM-in aşağı büdcəli törəmə şirkəti olan “Transavia” aviaşirkəti 2025-ci il martın 31-dək Tel-Əvivə və oradan bütün uçuşları ləğv edib.

Honq-Konqda yerləşən “Cathay Pacific” aviaşirkəti də 27 mart 2025-ci ilə qədər Tel-Əvivə bütün reyslərini ləğv edib.

ABŞ-də yerləşən “Delta Airlines” aviaşirkəti Nyu-York və Tel-Əviv arasında uçuşların dayandırılmasını avqustun 31-dək uzadıb.

Böyük Britaniyanın iqtisadi hava yolu şirkəti “easyJet” 2024-cü ilin aprelində Tel-Əvivə gediş-dönüş reyslərini dayandırıb. Şirkət sözçüsü uçuşların 30 mart 2025-ci ildə bərpa ediləcəyini bildirib.

Finlandiyada yerləşən “Finnair” aviaşirkəti Qətərin paytaxtı Dohaya uçuşları üçün İranın hava məkanından istifadə etməməyə davam edir.

İtaliyanın “ITA Airways” aviaşirkəti rəsmi X hesabında verdiyi açıqlamada Tel-Əvivə və oradan uçuşların dayandırılmasını avqustun 15-dək uzatdığını açıqlayıb.

İsveçrə Hava Yolları və Avstriya Hava Yollarının daxil olduğu Almaniyanın Lufthansa aviaşirkəti İran və İraq hava məkanından istifadə etməmə müddətini uzadıb. Şirkət avqustun 21-dək Tel-Əviv, Tehran, Beyrut, Əmman və İraqın Ərbil şəhərlərinə uçuşları dayandıracağını açıqlayıb.

Avropanın ən böyük büdcəli hava yolu şirkəti “Ryanir” avqustun 26-dək Tel-Əvivə və oradan bütün uçuşları ləğv edib.

İran hava məkanı üzərində uçuşları dayandıran Sinqapur Hava Yolları alternativ marşrutlardan istifadə edir.

Çikaqoda yerləşən ABŞ aviaşirkəti “United Airlines” iyulun 31-dən təhlükəsizlik səbəbi ilə Nyuark, Nyu-Cersi və Tel-Əviv arasında gündəlik uçuşları dayandırıb.

İspaniyanın aşağı büdcəli aviaşirkəti “Vueling” də oktyabrın 26-dək Təl-Əviv və Əmmana bütün reyslərini ləğv edib.

Bundan əlavə, Böyük Britaniya Britaniya aviaşirkətlərinə avqustun 8-dən noyabrın 4-dək hərbi fəaliyyətlərin aviasiya üçün potensial risk yaratdığını əsas gətirərək Livanın hava məkanına daxil olmamağı tövsiyə edib.

Ölkə.Az