Dünya

Ukraynada iki hərbi komissar həbs edildi – 1 milyon rüşvət alıblar

Ukraynada iki hərbi komissar həbs edildi – 1 milyon rüşvət alıblarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Borispol və Buça rayon hərbi komisarları həbs edilib. 

7Times.az  xəbər verir ki, Ukrayna mətbuatının Baş Prokurorluğa istinadla yazdığına görə, axtarışlar zamanı onlardan 1 milyon dollardan çox pul götürülüb.

Hərbi komissarlar səfərbərlikdən yayındırmaq müqabilində vətəndaşlardan rüşvət alıblar. Komissarlar Leonid Vıkoçko və Sergey Rusinin xidməti otaqlarında və evlərində aparılan axtarışlar zamanı külli miqdarda pulla yanaşı, hərbi xidmətə cəlb olunanların hərbi qeydiyyat və tibbi sənədləri götürülüb.

Qeyd olunur ki, onların vasitəçisi restoranlardan birində “yeni müştərilər”dən 50 min dollar alarkən saxlanılıb.

“AzPolitika.info”