Polşa artilleriya sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb.
7Times.az xəbər verir ki, bunu müdafiə naziri Vladislav Kosiniyak-Kamış “Polskie Radio”nun efirində deyib.
“Silahlanma üzrə agentlik döyüş sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb”, – nazir bildirib.
Lakin o, razılaşmanın təfərrüatlarını açıqlamayıb.
Müdafiə naziri qeyd edib ki, yeni hökumət onların ölkədə istehsalını artırmağı planlaşdırır.
Follow @7timesaz