ABŞ Prezidenti Co Bayden Demokratlar Partiyasının Çikaqoda keçirilən qurultayında çıxış edərək, prezidentlik fəaliyyətinin nəticələrindən danışıb.
7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, Bayden prezident kimi əldə etdiyi uğurlar arasında Ukraynanın Rusiya təcavüzünə müqavimət göstərmək qabiliyyətini də qeyd edib.
Prezident vurğulayıb ki, nə o, nə də onun varisi Kamala Harris Putinə baş əymək niyyətində deyil: “Tramp Putinin qarşısında diz çökəcək. Mən bunu heç vaxt etməmişəm və sizə söz verirəm ki, Kamala Harris də bunu heç vaxt etməyəcək. Putin üç günə Kiyevi ala biləcəyini düşünürdü. Üç il keçsə də, Ukrayna yenə azaddır”.
O, həmçinin administrasiyasının qlobal alyansların möhkəmləndirilməsində uğurlarını qeyd edib: “NATO-nu gücləndirmək üçün Avropadakı tərəfdaş dövlət başçılarıyla təxminən 190 saat vaxt keçirdim. Biz bunu bacardıq, İsveç və Finlandiyanı NATO-ya qataraq, illərdir edilməyəni etdik, Avropanı birləşdirdik”. Bayden həmçinin, amerikalıları Harrisə səs verməyə çağırıb və onu prezidentlik yarışından çəkilməyə inandıranlara qarşı kin saxlamadığını deyib: “Amerika, mən sənə əlimdən gələnin ən yaxşısını, həyatımın ən yaxşı 50 ilini verdim”.
“AzPolitika.info”
Follow @7timesaz