Bu ilin altı ayı ərzində ölkə ərazisində baş verən 36 partlayış hadisəsi nəticəsində 22 nəfər həlak olub.
Bu barədə 7Times.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib ki, bu da 2023-cü ilin I yarımilliyi ilə müqayisədə 11 hadisə və ya 44% çoxdur. Partlayışlar zamanı 22 nəfər həlak olub, 65 nəfər isə xəsarət alıb.
Follow @7timesaz