İran Prezidenti Həsən Ruhani nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin qətli barədə açıqlama verib.
7times.az xəbər verir ki, dövlət kanalında çıxış edən Ruhani bu cinayətin ölkənin nüvə sənayesinin inkişafını ləngitməyəcəyini söyləyib:
“Alim Fəxrizadənin öldürülməsi düşmənlərimizin ümidsizliyini və nifrətinin dərinliyini göstərir. Onun qətlə yetirilməsi qazandığımız uğurları dayandırmayacaq”.
Xatırladaq ki, noyabrın 27-də nüvə fizikası üzrə alim, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadə Tehranda avtomobilində qətlə yetirilib.qafqazinfo
Follow @7timesaz