Volqoqrad vilayətindəki 19 saylı koloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürən məhbuslar bunu bu il aprelin 3-də “Crocus City Hall”a hücum edən terrorçuların qisasını almaq istəyi ilə əlaqələndiriblər.
7Times.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Volqoqrad vilayətindəki tacik diasporunun rəhbəri Səidəhməd Məhmədov terrorçularla danışıqlara gedib. Regionda İctimai Nəzarət Komissiyasının üzvü Vadim Çerednik də vəziyyətdən asılı olaraq danışıqlarda iştirak edə bilər.
Daha əvvəl Volqoqrad məscidinin din xadiminin koloniyaya getdiyi məlum olsa da, onu hələ danışıqlara cəlb etməmək qərarına gəliblər.
Məlumata görə, zərərçəkənlərdən ikisinin vəziyyəti ağır, daha ikisinin vəziyyəti isə orta ağırdır.
“Report”
Follow @7timesaz