Dünya

Xorvatiya Prezidenti ölkənin Ukraynadakı münaqişədə iştirakının qarşısını almaq istəyir

Xorvatiya Prezidenti ölkənin Ukraynadakı münaqişədə iştirakının qarşısını almaq istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya Ukraynaya humanitar yardım və ya avadanlıq verə bilər, lakin münaqişədə birbaşa iştirak etməməlidir.

7Times.az xəbər verir ki, bu barədə Xorvatiya Prezidenti Zoran Milanoviç ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə açıqlayıb.

“Xorvat əsgərlərinin Ukraynadakı müharibədə iştirakının, o cümlədən təlim mərkəzlərinin işində iştirakının qarşısını almaq üçün hər şeyi etmişəm və gələcəkdə də edəcəm. Kiminsə Ukrayna ordusuna hərbi texnika verib-verməyəcəyi mənim səlahiyyətim deyil və mən buna qarışmayacağam” – deyə, o vurğulayıb.