Dünya

“Bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir” – Rusiya səfiri

“Bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir” – Rusiya səfiribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda “3+3” regional platformasına üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində növbəti görüşün tarixi razılaşdırılır.

APA xəbər verir ki, bu açıqlamanı RİA “Novosti”yə müsahibəsi zamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov verib.

O həmçinin Ermənistanın Qərb ölkələri ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığının bu dövlət üçün yaxşı heç nə vəd etmədiyini açıqlayıb.

Rusiyalı diplomatın sözlərinə görə, Cənubi Qafqazdakı problemlər kənar müdaxilə olmadan region ölkələrinin bilavasitə iştirakı ilə həll olunmalıdır.

Qeyd edək ki, sözü gedən platformaya Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Rusiya və Türkiyə daxildir.