Dünya

Finlandiya Prezidenti: Ukraynadakı vəziyyət kritikdir, ancaq üç ay əvvəlkindən yaxşıdır

Finlandiya Prezidenti: Ukraynadakı vəziyyət kritikdir, ancaq üç ay əvvəlkindən yaxşıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Prezidenti Aleksander Stubb Ukraynadakı vəziyyətin kritik olduğunu, lakin bunun üç ay əvvəlkindən daha yaxşı olduğunu bildirib.

7Times.az xəbər verir ki, bu barədə dövlət başçısı Finlandiya Yayım Şirkətinə (Yle) müsahibəsində deyib.

O, “Prezidentlə bir saat” verilişində müvafiq açıqlama verib və dinləyicilərin suallarını cavablandırıb. Qeyd olunub ki, sualların əksəriyyəti Finlandiya ilə Rusiya arasında münasibətlər və Ukraynadakı müharibə ilə bağlı olub.

“Vəziyyət kritikdir, lakin Ukrayna üçün vəziyyət üç ay əvvəlkindən daha yaxşı görünür”, – Stubb bildirib.

Prezident qeyd edib ki, 2,5 ildən artıqdır ki, davam edən müharibənin sonunu proqnozlaşdırmaq çətindir. Bununla belə, o, sülh haqqında söhbətlərin başlamasını yüksək qiymətləndirib.